"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə “17 iyun - tibb işçilərinin peşə bayramı” tədbir keçirilib

--2018-06-20 / 14:19

Binəqədi rayonunda yerləşən ə.D. Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasında  “17 iyun - tibb işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Tədbirdə Binəqədi Rayon icra hakimiyyətinin ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Seymur Hacıyev, ə.D. Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov və rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri və tibb personalı iştirak edib.

Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Bəyalı Məmmədov ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara bu müqəddəs və çətin işlərində uğur və müvəffəqiyyətlər arzulamışdır. Ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrıldığını və Ölkə başçısı ilham əliyev cənablarının fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdiyini çıxışında vurğulanıb.

Daha sonra çıxış edən ə.D. Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri isa Cahanov Prezident ilham əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin açıldığını, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunduğunu qeyd etmişdir.

Səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edən Binəqədi RiH Başçısı Aaparatının ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov bildirmişdir ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Tədbirin sonunda “ 17 iyun – Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon icra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Belediyye.info

      

ŞƏRHLƏR